"Ədliyyə Nazirliyi Milli Cəbhə Partiyasının verdiyi 5000-dən artıq siyahını müəyyən düzəlişlər etmək üçün geri göndərdi".
Bu fikirləri "Sherg.az"a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, biz sənədlərdə çatışmazlıqların aradan qaldırılması üçün işləyirik:
"Qanuna uyğun olaraq prosesləri tamamlayıb, yenidən Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Ümid edirik ki, gedişat müsbət istiqamətdə davam edəcək. Azərbaycan dövləti və xalqı üçün bu hadisələr çox önəmlidir. Hazırda Azərbaycan hakimiyyətinin apardığı bu islahatlar partiyaların inkişafına mühüm töhfə verəcək. Ümumiyyətlə müəyyən çatışmazlıqlar telefon nömrələri, şəxslərin adlarında hərf səhvləri ilə bağlıdır . Ciddi iradlar olmayıb. Rayon şöbələrimiz prosesdə iştirak ediblər və edirlər. Bizim minlərlə üzvümüz şəxsən partiyanın fəaliyyətində rol oynayıb. Bütün obyektivlik qorunub. Ədliyyə Nazirliyinin təqdim etdiyi nöqsanların aradan qaldırılması üçün maksimum çalışırıq".