"Ət məhsullarının saxlanma şəraiti mövsümə görə dəyişmir. Dərin dondurucuda 4-6 ay + 2-4 dərəcədə saxlanıla bilər".
Bunu "Sherg.az"a qida mütəxəssisi Ağa Salamov ətin saxlanma şəraitindən danışarkən deyib. Onun sözlərinə görə, ət alarkən bir sıra məqamlara diqqət etməliyik:
"Ət qaralarsa, sarı, oleyin yağ turşularının miqdarı çox olarsa, almaq məsləhət deyil. Həmçinin rəngi qaralmış, göyərmişdirsə və ya xoşagəlməz qoxu hiss etdikdə uzaq durmaq lazımdır. Evə ət alıb, gətirəndə onu qiymə halına salmaq daha yaxşıdır. Hər dəfə buzluqdan çıxarıb, qiymə halına gətirmək olmaz. Məsələn, 4 kiloluq dondurulan ətin 1 kilosunu qiymə edirlər, 3 kq-nı yenidən dərin dondurucuya qoyurlar. Artıq ikinci dəfə donan ətdə mikrobioloji çirklənmə halları baş verə bilər. Nəticədə qida zəhərlənməsi qaçınılmaz olar. Ətin buzu axar suyun altında 21 dərəcədə açılmalıdır".