"Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsiri gözlənilmir".
Bunu "Sherg.az"a seysmoloq Vüsalə Rafiqqızı Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsirindən danışarkən deyib. Onun sözlərinə görə, zəlzələni əvvəlcədən müəyyən etmək mümkün deyil".
"Azərbaycan da seysmik zonada yerləşir. Ona görə də vaxtaşırı hiss edilən zəlzələlər baş verir, bu da seysmik zonalar üçün xarakterik haldır. Türkiyədə baş verən yeraltı təkanların ölkəmizin ərazisi ilə heç bir əlaqəsi yoxdur. Çünki orada geoloji struktur, qırılma zonaları tamam fərqlidir. Azərbaycanda hiss edilməyən yeraltı təkanlar hər gün baş verir. Məsələn, ötən dəfə Saatlıdakı zəlzələ zəif hesab edilə bilər".
Qeyd edək ki, Türkiyənin Bingöl şəhərində 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.