Azyaşlıya kobudluq edən loqoped: Cəzalandırılmalıdır! - Psixoloji zorakılıq...

Bakıda loqoped uşaqla kobud davranıb.Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, Aysel Nəbiyeva adlı loqoped nitq məhdudiyyətli uşağa qışqıraraq, topları qabdan boşaldıb:                                                         “Tez topları yığ və mənə gətir. Bu gün sən mənim səbrimi sınadın və səsindən başım ağrıdı”.  Daha sonra o, “Gördün ki, adamı necə tabe edirlər?” sözlərini işlədib.

Loqoped Aysel Nəbiyeva Oxu.Az-a açıqlamasında bildirib ki, görüntülər yarımçıq yayılıb:
“Bu videonu mənim ailəmlə prinsipi olan xanım pul qarşılığında yayıb. Uşağın ailəsi bu barədə şikayətçi deyil, sadəcə narahatlıqları videonun yayılmasıdır.Uşağa qətiyyən şiddət göstərilməyib. Əgər belə bir şey olsaydı, çoxdan haqqımda araşdırma aparılardı. Atılan şər-böhtandır”.   
Məsələ ilə bağlı “Sherg.az”a danışan sosioloq Lalə Mehralının sözlərinə görə  nnə qədər ki, Türkiyədə ödəniş edib 2 həftəlik təlimdə iştirak edərək kirayələdiyi klinika otağından sertifikat asan loqopedlər, psixoloqlar azad formada fəaliyyət göstərəcəksə, bu cür hadisələr davam edəcək:                                                                                                                              "Ölkədə yerindən qalxan psixoloqluq, loqopedlik fəaliyyəti göstərir. Bu tibbin elə bir həssas sahəsidir ki, gəlirli  olduğuna görə hamı işləmək istəyir. Amma  hər 10 adamdan birinin buna potensialı  çata bilər. Bu cür uşaqların onsuz da dəstəyə, qayğıya, anlayışa ehtiyyacı var. İşinin peşəkarı olan biri bu performansı göstərirsə, demək ki, özünə "həkim" deyən heç bir kəsdən kömək istəməyək. Biz övladlarımızı kimə əmanət edib, kimdən dəstək alaq?! Hətta, loqoped özünə haqq qazandıraraq bildirir ki, burda zorakılıq yoxdur. Məgər, bundan böyük zorakılıq var? Həmin şəxs hələ bilmir ki, zorakılıq yalnız fiziki deyil, konkret mənəvi-psixoloji zorakılıq tətbiq etməklə də həyata keçirilə bilər?! Bu uşaqların valideynlərinin şikayətçi olmaması da təəccüblüdür. Ancaq  belə vəziyyətləri çox müşahidə etmişik. Belə məsələ də şikayyətçi deyilsənsə, demək ki, övladına edilən zorakılığa göz yumursan. Bu cür vəziyyətlər də ciddi formada cəza tətbiq etmək lazımdır. Təklif edirəm ki, valideyn şikayətçi olmasa da, dövlət həmin şəxsləri cəzalandırsın".