Axunddan reaksiya: Çox da şişirtməyə ehtiyac yoxdur

Sosyal şəbəkələrdə körpə uşağa torpaq yedizdirən şəxsin görüntüləri gündəm oldu. O, bildirib ki, yeni doğulan körpəyə Kərbala torpağından barmağının ucunda azca dadızdırmaq lazımdır:                                                       “Şəriətdə Kərbala torpağından başqa torpaq yemek haramdır. İnsan öldüyü zamanda Kərbala torpağından qəbrinin üzərinə səpilməlidir”.                                                                                                     Sözügedən görüntülərlə bağlı "Sherg.az"a danışan Təzə Pir məscidinin axundu, Hacı Mircəfər Əyyubov bildirib ki,novruz bayramında bəzi inanclar mövcuddur ki, kütləvi şəkildə icra olunsa da heç bir məntiqə əsaslanmır:  
                         
 “Sadəcə xalqın folkloru və inancıdır.Həmçinin dini zəmində də bir sıra inanclar var. Ona görə də bunları məntiq tərəzisində ölçmək doğru deyil. Ola bilər ki, məntiqi var,ancaq din tərəfindən açıqlanıb və yaxud gizlindir. Dinin bir çox hökümləri vardır ki,  biz onların dəqiq anlamını bilmirik.Məsələn, həcc mərasimində şeytana daş atmaq,kəbənin ətrafında 7 dəfə dövr etmək. Bunların məntiqi anlamını bilmirik. Sadəcə olaraq müsəlmanların əksəriyyəti bu inancları qəbul edib. Bu o demək  deyil ki, inanca görə mikrobu nəzərə almadan körpə uşağa torpağı yedizdirməliyik. Bu ola bilər ki, şəfa üçün, inanc kimi istifadə edilsin. Elə dərman vasitələri satılır ki, dünyanın tibb mütəxəsisləri ziyan olduğunu desələr belə yenə uşaqlara verilir. Bunu heç kəs müzakirə etmir. Dini müstəvidə nəsə baş verdikdə isə belə hadisələrin arxasınca düşürük. Mənim fikrimcə, çox şişirtməyə ehtiyyac yoxdur. Kimisi inanır,uşağına torpaq yedizdirir,öz seçimidir. Buna baxmayaraq istənilən hallda gigiyenik məsələlər mütləq nəzərə alınmalıdır".