Sumqayıtda ana və 2 qızı sosisdən zəhərlənib.
Bakupost.az xəbər verir ki, 1984 cü il təvəllüdlü Ləbibova Vüsalə Hüseynağa qızı, övladları 2016-cı il təvəllüdlü Ləbibzadə Ayşə Zaur qızı və 2017-ci il təvəllüdlü Ləbibzadə Fəridə Zaur qızı yaşadıqları evdə yedikləri sosisdən zəhərləniblər.
Ana Təcili Tibbi Yardım Xəstəxanasına, uşaqlar isə Uşaq Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı "Sherg.az"a danşan Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, emal olunmuş kolbasa və konservləşdirilmiş məhsulların uşaqlara, hamilə qadınlara, qocalara verilməsi məsləhət görülmür :
"Məhsulların istehsal müddəti keçdikdə,mənşəyi məlum olmayan, mikrobioloji çirklənməyə məruz qalmış ət məhsullarından hazırlananda, emal prossesində, saxlanmasında kobud səhvlər buraxıldıqda zəhərlənmə baş verir. Ona görə də istehlakçı müəssisəyə daxil olan ətin mənşəyini,harada və necə kəsildiyini bilməlidir. Qida Təhlükəsizlik Agentliyi kolbasa məmulatlarından zəhərlənənləri araşdırmalıdır. Aşkara çıxarsın ki, zəhərlənmə nədən baş verib. Bəzən istehsalçılar özləri də kobud səhvə yol verir. Misal üçün kolbasanı alır, otaq temperaturunda doğrayıb, saxlayırlar. Soyuducuya da qoyulmur. Bu hallda zəhərlənmə ola bilər".