İnsanlar başqalarını cəzalandırma haqqına sahib deyil-Sosioloq

Ali Məhkəmədə Bakıda xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham edilən qohumların - Allahverdi İsmayılov və Ramin Şamilovun barələrindəki hökmdən verilən kassasiya şirkəti üzrə məhkəmə iclası başlayıb.                           Məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 22-nə təyin edilib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Allahverdi İsmayılov 18 il, Ramin Şamilov isə 17 il müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib.                                                                                                                      
Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Qətl hadisəsi Bakının Binəqədi rayonunda baş verib. Sulutəpə qəsəbəsində “Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Çapar oğlu Abbasovun meyiti tapılıb. Meyitin müayinəsi zamanı müxtəlif bədən xəsarətləri aşkar olunub. Həmçinin kişinin hər iki ayağı sındırılıb. Məlum olub ki, E.Abbasov başından aldığı daş zərbələri nəticəsində ölüb. Aparılan araşdırmalar nəticəsində polis əməkdaşları qətldə şübhəli bilinən Şəki sakinləri - 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovu və onun qohumu, 1987-ci il təvəllüdlü Ramin Şamilovu saxlayıblar. İlkin ehtimallara görə, E.Abbasov öz inadkarlığının qurbanı olub. Kişi saxlanılan şəxslərdən birinin qohumu olan qadınla yaxınlıq etmək istəyib. Ancaq qadın buna etiraz edib. Lakin E.Abbasov ona zəng vurmağa davam edib. Bu zaman söhbətə A.İsmayılov qarışıb. O, telefon vasitəsilə E.Abbasovla əlaqə saxlayıb və onu Sulutəpə qəsəbəsində yaşayan qadının evinin qarşısında görüşə çağırıb. E.Abbasov görüşə gəlib. İstintaqın versiyalarına görə, qadının gözləri qarşısında A.İsmayılov və R.Şamilov E.Abbasovu ölümcül döyüb, daha sonra cəsədi avtomobilin yük hissəsində gizlədiblər.
Indiki dövrdə qadınlara, qızlara, azyaşlı qız uşaqlarına qarşı nəlayiq hərəkət edənlərə tez-tez rast gəlirik. Belə olduğu halda zərərçəkənin ailə uzvləri, yaxınları bu tip cezalandırılma növünə əl atır.Halbuki bu kimi məsələlər Muhafizə orqanlarının səlahiyyətindədir. Bu nə dərəcədə düzgündür?
Məsələyə münasibət bildirən sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, bu demokratik ölkədə yolverilməz davranış növüdür:
"Hər nə qədə qəbul edilməz davranış göstərsə də, belə vəziyyətdə hər bir şəxs cəzalandırma haqqına sahib olmadığını anlamalıdır. Bunun üçün lazımi orqanlar mövcuddur. Bu vəziyyətdə günahı olmasa, belə şəxsin özünə də ziyan dəyir. Həmin "insanlara" görə öz həyatını və gələciyini məhv etmək mənasızdır. Bu vəziyyətdə cəzanı şəxsin özü vermək istəyir. Bu təmamilə insani bir hissdir. Amma daha sonra məhkum olunduqda ailəsinin sahibsiz qoyduğuna görə özü- özünü qınayır. Bunu isə iş-işdən keçdikdən sonra düşünmək gecdi. Ancaq başa düşmək olar ki, həmin an insan qeyri-adekvat vəziyyətdə olur. Kimsə övladına, qohumuna qarşı nalayiq bir hərəkət edərsə, insan həmin vaxt heç nəyi fikirləşməyə bilir. Bir sözlə belə hadisələr baş verdikdə maksimum özünü ələ almaq, nəticənin faciəli ola biləcəyini düşünmək lazımdır".