Türkiyənin İstanbul şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) bildirib. AMEA nəzdində
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli "Sherg.az"a açıqlamasında bildirib ki, narahatçılığa ehtiyac yoxdur:
"Doğrudur, xırda təkanlar olur. Ancaq İstanbulda baş verən zəlzələnin ölkəmizə heç bir təsiri olmayacaq. Bakıda və ətraf rayonlarda hər gün zəlzələ baş verir. Sadəcə olaraq yüksək bal gücündə olmadığına görə hiss edilmir. Misal olaraq ötən gün Mingəçevir rayonunda 4 bal gücündə zəlzələ olmuşdu".