Dondurulmuş dəniz məhsullarının təzə olduğunu necə bilək?

Dondurulmuş dəniz məhsullarının təzə olub-olmadığını müəyyən etmək asan deyil. Biz avtomatik olaraq bu dondurulmuş məhsulların buzu əridildikdə təzə olduğunu güman edirik. Amma vəziyyət o qədər də sadə deyil.

"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, dietoloq Pablo Ojeda İspaniyada yayımlanan Mas Vale Tarde proqramında dondurulmuş məhsulların təzə olub-olmadığını anlamağın sirlərini açıqlayıb.

 O, “La Sexta” kanalında yayımlanan proqramda dondurulmuş məhsulların əridilən zaman ammonyak kimi pis qoxduğunu hiss etsəniz onları zibil qutusuna atın deyib.

Dietoloq onlardan istifadənin sağlamlıq problemlərinə səbəb olacağını da vurğulayıb. O, həmçinin qeyd edib ki, satıcılar krevetləri yuxarıda ən yaxşı vəziyyətdə yerləşdirməklə istehlakçıları çaşdıra bilər.
Ojeda etiketlərin diqqətlə araşdırılması lazım olduğunu vurğulayıb.

Mənbə:haberglobal