Acun Ilıcalı: "Nagihanın "Survivor"dan ayrılmasını istəyirəm"

"Survivor All Star 2024"-ün iddialı iştirakçılarından biri olan Nagihan Karadere toxunulmazlıq oyunu zamanı dizindən ciddi zədə alıb və ilk tibbi yardımdan sonra təcili yardım maşını ilə meydançanı tərk etməli olub.

Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki,  "Qırmızı komanda"da çıxış edən Karaderenin ekrandakı ilk görüntülərdən ciddi olduğu anlaşılan zədəsindən sonra fenomen rəqabətə davam edib-etməyəcəyi maraq doğururdu. 




Proqramın birinə qonaq olan Acun Ilıcalı canlı yayımda Survivorda 40 yaşlı keçmiş milli idmançının taleyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Aparıcı Demet Akalın Nagihanın son durumunu soruşduqda məşhur televiziya siması maraqlı cavab verib: "Nagihanın vəziyyəti belədir; gələn ilə qalmasının tərəfdarıyam. Əslində Nagihan yarışdan getməlidir. Həkim qalıcı ziyan olmayacağını söylədi. O, bu performansı ilə "Survivor"-u qazana bilməz. Buna baxmayaraq, əgər "davam edəcəyəm" deyirsə, o qədər israrlıdırsa , heç nə deyə bilmərəm. Bu hüququ onun əlindən almaq istəmirəm".