Film kimi həyatlar“Ana və atamın ruhuma yeritdiyi kodlar məni buralara gətirib"Acun Ilıcalı 

"Qızlarım mənim həyatımdakı enerji mənbələrimdir, onları generatorlar kimi də düşünə bilərsiniz"

Acun Ilıcalı Hülya Koçyiğitin "Film kimi həyatlar" proqramında iştirak edib. Karyerasının mühüm qırılma nöqtələrindən bəhs edən məşhur ad səmimi açıqlamalar verib.

Sherg.az xəbər verir ki, məşhur televiziya siması çox gənc yaşlarından məhsuldar olduğunu bildirib: “Uşaqlıqdan çox məhsuldar olmuşam. Mən qaçış yarışını sevirəm, 5-6 dostumuzla özümüzə olimpiada təşkil edərdik. Bunlar orta məktəbdə də eyni şəkildə davam etdi. 
Mən həmişə gənclərə deyirəm ki, uzunmüddətli planlar qurmayın. Gənclər gələcəkdə nə olacağını bilmirlər. Hamımız pilot olmaq istəyirdik, amma heç birimiz pilot olmadıq. Universitetdəki dostlarımın hamısı öz peşələrindən başqa işlə məşğuldurlar.

Karyerasının mühüm qırılma nöqtələrindən danışan 54 yaşlı Ilıcalı, "Acun Firarda karyeramın ən mühüm qırılma nöqtələrindən biridir. Risk etməkdən qorxmuram, amma bunun arxasında çox şey var. Böyük bir  prodüksiyon etmək riskdir, alındı. Ən böyük risk də kanal almaq oldu.

"Səhvlərimi üstünlüklərə çevirdim. Kiçik səhvlərlə böyük səhvlərdən döndüm. Maddi səbəblər insanları bədbəxtliyə sürükləyə bilər, həyatım boyu həmişə xoşbəxt olacağım yerdə olmağa çalışmışam. Həmişə sonrakılarını düşünmüşəm. Uzun vədədə iş etmək yerinə həmişə sonrakı addımı düşündüm". 


Məşhur ad belə davam edir:

Televiziya yaranandan bəri Yunanıstanda ən yüksək reytinqə sahib olmuşam. Mənə həmişə “Acun türk tamaşaçısını həll etdi” deyirdilər, Meksikalıları tanımıram, amma orada da uğur qazandım. 15 ölkəyə daxil olduq və hələ də uğur qazanırıq. Bunun təsadüf olduğunu düşünmürəm. Mənim sevdiyim işi dünya da sevir. Televiziya ilə biz evlərə qonaq olmaq istəyirik. Düşünürəm ki, seçdiyim insanlar da ekranı isidirlər. 


Hülya Koçyiğitin "Acun Ilıcalını Acun Ilıcalı edən nədir?" sualına uğurlu televiziya siması belə cavab verib: "Mənim anam və atam. Onlar çox fərqli insanlar idi. Onların ruhuma yeritdiyi kodlar məni bura gətirib. Mən həmişə onlardan aldığım kodlarla davam etdim. Qızlarım mənim həyatımdakı enerji mənbələrimdir, onları generatorlar kimi düşünə bilərsiniz."