İldə cəmi 10 gün yaşayır: Onu qoparmağın cəzası 387 min lirədir

Manisa ilə İzmir arasında fərqli flora və faunası ilə görənləri valeh edən Spil Dağı Milli Parkında baharı müjdələyən endemik növlərdən biri olan Manisa lalələri havaların istiləşməsi ilə çiçək açmağa başlayıb.

Sherg.az xəbər verir ki, ildə bir dəfə aprel ayında çiçək açan və 10 gün canlı qala bilən lalələr böyük maraq doğurur.

Təbiətsevərlər lalələri canlı görmək üçün Spilə gedərək çoxlu fotolar çəkdirirlər.

İldə cəmi 10 gün yaşaya bilən Manisa laləsini qoparmanın cəzası bu il 387 min 142 lirə müəyyən edilib.