Yumurtadan 4 ayaqlı cücə çıxdı

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda inkubasiya edən toyuğun 9 balasından biri yumurtadan 4 ayaqlı çıxıb. Yerində çətinlik çəkən cücə mobil telefonun kamerasına düşüb.

Sheg.az xəbər verir ki, hadisə rayonun Çitli kəndi ərazisində baş verib. Kənan Azın (27) bağçasındakı hində saxladığı toyuqlardan biri 20 gün əvvəl inkubasiya edilib.

9 bala yumurtadan çıxdığı halda, cücələrdən birinin 4 ayağı olduğu görünüb. Cücə yeriməkdə çətinlik çəkib. Hadisədən şoka düşdüyünü söyləyən Kənan, “4 ayağı var. Uca Rəbbimiz nələr yaradır?” deyə  4 ayaqlı cücəni mobil telefonun kamerası ilə çəkib.