Siçan qalıqları aşkarlandı : 100 mindən çox çörək müsadirə edildi

Yaponiyada 100 mindən çox qablaşdırılmış çörək müsadirə edilib, çünki bəzilərində siçan qalıqları aşkar edilib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın "PASCO Shikishima" şirkətindən verilən açıqlamada, bir neçə paket Chojuku dilimlənmiş çörəyin içərisində qara siçan qalıqlarının aşkar edildiyi bildirilib.

Açıqlamada йунв щдгтги лш, bu çörəkləri yedikdən sonra indiyə qədər heç kimin xəstələnməyib.

Gəmirici qalıqlarının məhsulların çirklənməsinin səbəbi ilə bağlı araşdırma aparıldığı və indiyədək təxminən 104 min bağlama çörək toplandığı paylaşılıb.

"Müştərilərimizə problem yaratdığımıza görə dərindən üzr istəyirik. Təkrarlanmanın qarşısını almaq üçün keyfiyyət idarəetmə sistemimizi gücləndirəcəyik", - bəyanatda deyilir.

NHK dövlət televiziyasının xəbərinə görə, "PASCO"-nun paytaxt Tokiodakı fabrikinin fəaliyyəti istintaq səbəbilə dayandırılıb.

Baş ofisi Naqoyada yerləşən "PASCO Shikishima" şirkəti tərəfindən istehsal olunan Çojuku çörəyi ölkənin bir çox bazarlarında satılır.

Yaponiyanın tanınmış çörək istehsalçılarından olan "PASCO Shikishima"nın bir çox məhsulları ABŞ və Çinə də ixrac edilir.