"Əmi, olarmı səni öpüm?"- 7 yaşlı Ülvinin Türk sevdası

7 yaşlı Ülvinin "Borçalı" İctimai Birliyinin sədri, ictimai-siyasi xadim Zəlmixan Məmmədli ilə dialoqu damı heyran edir. Nə yaxşı ki, belə uşaqlarımız yetişir.
Zəlmixan bəy həmin maraqlı dialoqu özünün feysbuk hesabında paylaşıb. Sherg.az həmin söhbəti olduğu kimi təqdim edir:

"Balaca Binamıza təzə gələn ailənin uşağıdı. Uşaqların içindən ayrılıb mənə yaxınlaşdı. 
- Əmi, olarmı səni öpüm. 
Əyilib alnından öpdüm.
- Qoy mən də səni öpüm, dedi.
-Adın nədir?
- Ülvi
- Ülvi neçə yaşın var?
-7 yaşım var.
- Ülvi məni niyə öpmək istədin?
- Əmi, sən bizə Türkiyə bayrağı vermişdin, ona görə!

Xatırladım. Keçən il Cumhuriyyətin 100 illiyində məhlə uşaqlarına Türkiyə bayrağı paylamışdım.
Bir balaca türk kimliyini dərk edən cocuğun eşqinə heyran oldum. Yeni nəsil daha güclü olacaq, inşallah! Tanrım qorusun.
Xatirə üçün selfini unutmadım".