Maraqlı görüntü: İldırım çaxdı, səmada Türkiyə xəritəsi əks olundu

Kayseridə dünən axşam saatlarından güclü leysan olub. Şəhərdə ildırımların təsiriylə səmada Türkiyə xəritəsinə bənzər bir forma əks olunub.

Sherg.az xəbər verir ki, gecə saatlarında tez-tez İldırım çaxması ilə səma işıqlanıb.

Vətəndaş tərəfindən çəkilən görüntüdə ildırım işıqları Türkiyə xəritəsinə bənzər forma əmələ gətirərək kameraya əks olunub.