263 məktəbdə qaydalar pozulub, iki bufetin fəaliyyəti məhdudlaşdırılıb

Ölkə üzrə 390 ümumtəhsil məktəbində monitorinq aparılıb, 263-də normativ tələblərin pozulduğu aşkar edilib.

Teleqraf xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev altı ayın yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, yararlılıq müddəti bitmiş və ya satışı qadağan edilən məhsullar dərhal satışdan kənarlaşdırılıb.

"2 məktəb bufetinin fəaliyyəti məhdudlaşdırılıb", - o vurğulayıb.