Bayramda bölgələrə gedənlərin diqqətinə: Hotellərdə yer qalmayıb -AÇIQLAMA

Azərbaycanda 5 günlük bayram tətili yaxınlaşır. Belə ki, Qurban bayramı ilə əlaqədar 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləridir. Tətil günlərində bir çoxumuz rayona üz tutur, dincəlməyə çalışırıq.                                                          Bəs, rayonlardakı istirahət mərkəzləri və hotellərdə qiymətlər nə yerdədir? 

 Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev "Sherg.az"a deyib ki, hazırda qurban bayramı ilə əlaqədar regionlara maraq artmaqdadır:   

''Ölkəmizin 7 turizm istiqaməti var. Onlardan dördü əsas, üçü əlavədir. İndiki halda isə həftə sonları və bayram günlərində şimal, şimal-qərb, qərb və cənub istiqamətində turlar təşkil olunacaq. Həmin turlar 3 gün davam edəcək. Hotellərin doluluq səviyyəsi yüksəkdir. Hotellərdə ən çoxu 2-3 otaq qalıb. Buna görə də qiymət artımı müşahidə olunur. Çünki tələb artdıqca qiymət də yüksəlir. Əslində bu vətəndaşların bayram günündən istifadə edərək istirahət istəyini göstərir. Həmçinin, yay fəsli də əhalinin rayonlara və xaricə səfər etməsini aktual edir".