Yüksək gərginlik təhlükəsi: Elektrik vurmasından necə qorunmalı? -RƏY

Tovuz rayonunun Mülkülü kənd sakinini elektrik cərəyanı vurub.
Məlumata görə, Mahir Aslan oğlu Qasımov kənd ərazisində elektrik cərəyanı vurması nəticəsində vəfat edib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Elektrik təsərüfatına daxil olan təhlükəsizlik məsələsi daim ön planda olmalıdır deyən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a bildirib ki, elektrik təsərüfatında həm yanğınlar, həm də elektrik vurması kimi hallar meydana çıxa bilir:

"Bu da insanların həyat və sağlamığı üçün kifayyət qədər təhlükə yaradır. Ona görə də elektrik təsərüfatı olan fərdi yaşayış evlərində, təyinatlı obyektlərdə, açıq sahələrdə elektrik qurğularının saz vəziyyətdə olması vacibdir. Elektrik naqillərində hər hansı nasazlıq yaranarsa, problem vaxtında aradan qaldırılmalıdır ki, kiçik bir ehtiyyatsızlıqdan bədbəxt hadisə baş verməsin. Elektrik naqilinin dirəkdə problemli olması, izolyasiya sisteminin pozulması orada qısaqapanma yaradır. Bu da qığılcımların yanma qabiliyyəti yüksək olan əraziyə düşərək yanğın törətməsinə səbəb ola bilər. Bunun üçün təhlükəsizlik qaydalarına həssas yanaşaraq ona ciddi əməl etməliyik. İnsanlar açıq, nasaz elektrik naqili gördükdə ona toxunmamalıdır. Hətta, bu sahədə uşaqları da təlimatlandırmaq vacibdir. Xüsusi ilə transformatorlara yaxınlaşmaq yolverilməzdir. Bəzən uşaqlar tranformatorun içinə daxil olaraq oyunlar oynayır və gizlənirlər. Təəssüf ki, bu halda bədbəxt hadisə baş verir. Elektrik şəbəkələri və transformator quraşdırılan ərazinin qapısı bağlı olmalı, çəpərlənməlidir. Bura yalnız icazəsi olan şəxslər buraxılmalıdır. Unutmamalıyıq ki, orada yüksək enerjili gərginlik var. Hətta, yanğın hadisəsi baş versə belə, onu alovu balon və digər vasitələrlə söndürmək doğru deyil. Təkcə, peşəkar şəxslər tərəfindən yanğınsöndürmə qurğuları ilə yanğının qarşısını almaq olar".