Cəmiyətdə aqressiya: Zombi cəmiyyət və gənclik formalaşır.-Sosioloq

Avqustun 26-də saat 04 radələrində Nizami rayonu ərazisində 1979-cu il təvəllüdlü Sakit Nağıyevin xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami rayon prokurorluğundan APA-ya verilən məlumatı görə, araşdırma zamanı 1998-ci təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici əlatlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Aynur Nağıyeva iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Sosioloq Elçin Bayramlı ''Sherg.az''a bildirib ki, son dövrlər cəmiyyətdə aqressivlik, münaqişələr və qarşı durmalar artıb:

“ Yəni Psixoloji gərginlik, stress və depresiya halları müşahidə edilir. Bu məsələlər artıq kənar şəxslərdən ailə daxilinə keçib. Bunun iki əsas səbəbi var. Birincisi, mənəvi-psixoloji, ikincisi isə sosial-iqtisadi səbəblərdir. Mənəvi psixoloji səbəblər odur ki, ciddi şəkildə mənəvi deqredasiyalar gedir. Yəni müasirlik adı altında yad dəyərlərin təbliği, milli-mənəvi dəyərlərin çökdürülməsi halları var. İnsanlara qarşı aparılan psixoloji  terror, təbliğatlar, şüurun dəyişdirilməsi, eqoist, narsist insanların formalaşdırılmasında kinoların, uşaqlıqdan izlənilən cizgi filmlərinin, və kompyuter oyunlarının öz rolu var. Azadlıq, müasirlik deyə-deyə tərbiyə sisteminin kənara atılması bütün dəyərlərə tüpürülmə deməkdir. Sosial iqtisadi səbəbləri həm də fiziki bioloji səbəblər ilə izah etmək olar. Azərbaycanda psixi xəstəliklərin artımı çox yüksəkdir. Əsasən məsələ psixi şəxslər tərəfindən törədilir. Digər tərəfdən isə bir çox insanların qidaları suniləşib. Qidalar ilə psixologiya formalaşır. Suni, genetik modifikasiya edilmiş qidalar güclü aqressiya yaradır, psixologiyanı gərginləşdirir və insanları stress halına salır. Məsələn, stress hormonları ilə böyümüş broyler toyuğu və digər məhsullar buna səbəb olur. Bundan əlavə işsizlik, yoxsulluq və kasıbçılıq kimi məsələlər də insanlarda stress və ətrafa qarşı qıcıq yaradır. İnsanların münasibətlərində maddi elementlərin önə keçməsi, mənəvi dəyərlərin arxa plana atılması, istər ailə daxilində, istərsə, də dostluq münasibətlərində özünü büruzə verir. Bütün istiqamətlərdə insan fiziologiyasına və psixologiyasına qarşı ağır terror gedir. Bu cür gərgin, stressli, qeyri təbii, suni həyat tərzi, suni qidalanma, davamlı olaraq psixoloji, gərgin informasiyaların alınması və adiləşdirilməsi kimi bir çox saysız hesabsız səbəblər var ki, belə hallara gətirib çıxarır. Bu sahədə cəmiyyət müdafiəsiz buraxılıb".

E.Bayramlı qeyd edib ki, müasirlik, inteqrasiya, azadlıq və bu kimi saxta, sarsaq prinsiplər üzərindən bütün milli dəyərlərimizi, insani münasibətlərimizi çökdürmüş, həyat tərzimizi, qidalanmamızı suniləşdirmişik:
"Bir tərəfdəndə gənclərin başının buraxılması, tərbiyə tənbehin aparılmaması, ailə qurarkən insanların bir-birinə fiziki maddi dəyərlər üzərindən baxması, mənəvi dəyərlərə tüpürülməsi və bu kimi səbəblər bu vəziyyətə gətirib çıxarır. Hələ bundanda pis vəziyyət olacaq. Yəni davamlı şəkildə bu halların sayı artacaq, mənəvi böhran, kriminal hadisələr güclənəcək və insanlarda aqressivlik çoxalacaq. Ailə nüfuzunun və uşaq tərbiyəsinin dağılması kimi faciə və fəlakətlər bizi gözləyir. Çünki biz sürətli şəkildə uçuruma doğru gedirik. Bunun qarşısını almaq üçün nə dövlət, nə də cəmiyyət olaraq heç bir tədbir görmürük. Hər bir hadisə mənfi istiqamətdə gedir. Htta müsbət xüsusiyyətlər artıq lağa qoyulur, mənfi xusiyyətlər isə normal sayılır. Zombi cəmiyyət və gənclik formalaşır. Bu xəbərlər nə ziyalıları, nə məmurları, nə də ki ictimai fəal şəxsləri narahat etmir. İnsanlar pul gəlir əldə etməyə fokuslanıb. Bunun üzərində qurulan insan cəmiyyəti adlana bilməz. Əgər biz sağlam cəmiyyət yaratmaq istəyiriksə, həm dövlət, həm də cəmiyyət olaraq ciddi şəkildə məsələlərin üzərinə düşməli, keçmiş dəyərlərimizi bərpa etməli və müasirlik adı altında gələn yad dəyərləri rədd etməliyik. Uşaq tərbiyəsi ilə ciddi şəkildə məşğul olunmalı, bir çox qanunlarda dəyişiklik edilməli, mənəvi dəyərlər üzrə aparılan təbliğatlar dayandırılmalı, qida terroruna son qoyulmalı, bir çox dərmanlara güclü nəzarət edilməli, psixi xəstələrin müalicəsi təşkil edilməlidir. Bunlar aradan qaldırılmasa vəziyyət getdikcə pisləşəcək”.