Bu ilin ikinci Günəş tutulması oktyabrın 2-də baş verəcək.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından "Report"a verilən məlumata görə, tutulma halqavari Günəş tutulmasıdır.Ay Yerdən daha uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq həlqə yaranır. Ona görə bu zaman baş verən tutulma həlqəvari Günəş tutulması adlanır. Tutulma hadisəsi oktyabrın 2-də Bakı vaxtı ilə saat 19:42:47-də başlayacaq və 3 oktyabr saat 01:46:47-də sona çatacaq. Tutulmanın maksimumu 2 oktyabr saat 22:44:51-də olacaq. Tutulma hadisəsi 6 saat 4 dəqiqə davam edəcək. Tam tutulma oktyabrın 2-si saat 20:50:24-də başlayıb, oktyabrın 3-ü saat 00:39:04-də başa çatacaq. Tam tutulma prosesi 3 saat 48 dəqiqə 40 saniyə davam edəcək.
Həlqəvari Günəş tutulması Çili və Argentinanın cənubunda müşahidə olunacaq. Ən azından qismən tutulma görən ölkələr Şimali Amerikanın cənubu, Cənubi Amerikanın böyük hissəsi, Sakit və Atlantik okeanlar, Antarktida olacaq. Tutulma Azərbaycandan müşahidə olunmayacaq.
İlin ilk Günəş tutulması 8 apreldə baş verib. Biz bunun fərqində olmasaq da, tutulmanın təsirlərini az-çox hiss edirik.
Günəş tutulmasının bürclərə təsirindən danışan astroloq Aytən Salami "Sherg.az"a açıqlamasında deyib ki, oktyabrın 2-si 2024-cü ilin ikinci və sonuncu günəş tutulması Bakı vaxtı ilə 22:49-da yaşanacaq:
''Tutulma tərəzi bürcünün 10 dərəcəsində baş verəcək. Ümumiyyətlə Günəş tutulması həyatımızda yeni başlanğıcları təmsil edir. Bu tutulma əsasən tərəzi, qoç, oğlaq və xərçəng bürclərinə təsirsiz ötüşməyəxək. Onların həyatında böyük dəyişikliklər olacaq. Sözügedən bürclər yeni qərarlar ala bilərlər. Həmçinin, baş verən bütün tutulmalar məhz, qoç, tərəzi əksindəydi. Bununla qoç və tərəzi bürcləri iki illik həyatlarındakı döngüyə, üzləşdikləri problemlərə son qoyacaq, yeni bir dönəmə addım atacaqlar. Həmçinin Qoç bürclərini sevgi münasibətlərində yeniliklər gözlənilir.
Buğaların isə iş həyatında irəliləyişlər olacaq. Onlar yeni həyat tərzinə keçə bilərlər. Sağlamlıqlarına daha çox diqqət edəcəklər.
Əkizlər bürcü isə daha çox sevgi münasibətlərinə yönələcəklər. Həyatlarında yeni bir sevgi yaşaya bilərlər. Yeni tanışlıqlar gözlənilir.
Xərçənglər bu dövrdə ailələrinə fokuslanacaqlar. Ailələri ilə bağlı qərarlar da verə bilərlər.
Şir bürcləri yaxınlarından yeni xəbərlər alacaqlar. Tez-tez qısa səyahətlər edəcəklər. Özlərini inkişaf etdirəcəklər.
Qız bürcü maddiyyatlarında artım müşahidə edəcəklər. Həmçinin, yeni iş təklifi ala bilərlər.
Tərəzilər özləri barədə yeni addımlar atacaqlar.
Əqrəb bürcləri daha çox arxa planda qalmaq istəyəcəklər. Əsasən onları narahat edən düşüncələrdən azad olmağa çalışacaqlar.
Oxatanlar bu müddətdə sosial çevrələri böyüyəcək. Yeni dostluqlar qazanacaqlar. Mühit arasında populyarlaşacaqlar.
Oğlaqların isə iş həyatlarında dəyişimlər olacaq. Vəzifələri arta bilər. Bir sözlə, işlə bağlı yeni hədəflər müəyyənləşdirəcəklər.
Dolça bürcləri xarici ölkəyə səfər, sənəd, təhsil, məhkəmə işləri varsa, yeni xəbər alacaqlar.
Son olaraq balıq bürcü ortaq maddi gəlirlərə diqqət edəcəklər. Evlidilərsə, həyatyoldaşlarından mülk əldə edə bilərlər. Bank krediti, ipoteka kimi fikirləri varsa, yeni addım ata bilərlər. Həmçinin, ruhlarını dincəldəcək bir zamana başlayacaqlar".