Marketdən alınan çörəyin içindən həşərat çıxıb.
Bununla bağlı sosial şəbəkədə şikayət paylaşılıb.
Şikayətçi qeyd edib ki, çörəyi doğrayan övladı gözlənilməz mənzərə ilə rastlaşıb. "Uşaq çörəyin içindən çıxan həşəratı görüb iyrəndi. Bütün bədəni bir anda səpdi",- deyə qeyd edib.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fakt araşdırılacaq.
"Sosial şəbəkələrdə yayılan görüntülər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürüləcək və qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. İstehlakçılardan xahiş edirik ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın "1003" qaynar xəttinə məlumat versinlər"- deyə açıqlamada bildirilir.
Qeyd edək ki, ölkəmizdə qida təhlükəsizliyi məsələləri həmişə yüksək prioritet daşıyıb. Dövlət qurumları tərəfindən mütəmadi olaraq qida istehsalı və satışı müəssisələrində monitorinqlər aparılır, aşkarlanan qanun pozuntuları və çatışmazlıqlarla bağlı ciddi tədbirlər görülür. Buna baxmayaraq, bəzən bu cür xoşagəlməz hallarla da üzləşmək mümkündür.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Sherg.az"a deyib ki, çörək bişirmə biznesi bazarın ən liberal sektorudur:
"Yəni, bu sahə ilə kim məşğul olsa, onun üçün son dərəcə azadlıq verilir. Həmçinin, əhalinin çörəyə təlabatı çox olduğundan bu biznes inkişaf edir. Ölkədən çox böyük çörək zavodları var. Lakin bazarın liberal seqmentindən sui-istifadə edənlər kifayyət qədərdir. Zavodların çoxu antisanitar şəraitdə çörək bişirirlər. Zavod çörəkləri illər boyu açıq satılırdı. Son bir neçə ildə isə kağız torbalarda vətandaşlara təqdim edilir. Bu çox yaxşı haldır. Ola bilər ki, çörək zavodunda təmir işi aparıldığından cisim çörəyin içinə düşsün. Qeyd edim ki, istehsalçılar arasında müəyyən tapşırıqları yerinə yetirən, işdən qovulduğu üçün qisas almaq istəyənlər yalandan məlumat da verə bilər. Əgər şikayyətçinin dediyinə uyğun hal yaşanıbsa, mütləq araşdırma aparılaraq tədbirlər görülməlidir. Fikrimcə, Azərbaycanda normal çörək istehsalı mövcuddur. Vətəndaşlar qaydaya uyğun olmayan vəziyyətlərlə qarşılaşdıqda AQTA-ya müraciət etsinlər".