DYP: Son iki gündə 9 piyadanı maşın vurub, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Yusif Nəzərli
07:10 31.10.2024
Hadisə
417
Piyadaların təhlükəsizliyi günümüzün aktual məsələlərindən biridir. Piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinini qarşısının alınması istiqamətində aparılan qabaqlayıcı tədbirlərə baxmayaraq, hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşanlara rast gəlinir ki, bu da onları yol qəzalarının qurbanına çevirir.
Sherg.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Qeyd olunub ki, elə son iki gündə 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən 9 piyadavurma hadisəsinin qeydə alınması deyilənlərə bir daha təsdiq edir: "Piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, bu qəbildən olan qəzaların mütləq əksəriyyəti piyada zolaqlarının, yaxud yeraltı və ya yerüstü piyada keçidlərinin yaxınlığında, xüsusilə sutkanın qaranlıq vaxtı baş verir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yolu keçərkən diqqətli olmağa, o cümlədən telefon və sair bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə çağırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya