Moldovada seçki protokollarının 87,16 faizi hesablanıb
Yusif Nəzərli
20:51 03.11.2024
Dünya
352
Aleksanda Stoyanoqlo seçicilərin 51,16 faizinin, Maya Sandu isə seçicilərin 48,84 faizinin səsini qazanıb
Moldova Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, seçki protokollarının 87,16 faizi hesablanıb. Moldova Respublikası Sosialistlər Partiyasının dəstəklədiyi namizəd Aleksanda Stoyanoqlo seçicilərin 51,16 faizinin, Fəaliyyət və Həmrəylik Partiyasının namizədi, Moldovanın hazırki Prezidenti Maya Sandu isə seçicilərin 48,84 faizinin səsini qazanıb.
Moldovada prezident seçkilərinin ikinci turunda yüksək seçici fəallığı qeydə alınıb. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Moldovanın 1 milyon 700 minə yaxın vətəndaşı prezident seçkilərinin ikinci turunda səs verib. Bu da təxminən seçicilərin 55 faizi deməkdir. Seçici fəallığı Moldovada oktyabrın 20-də keçirilən prezident seçkilərindən təxminən 3 faiz çox olub.
Oktyabrın 20-də keçirilən prezident seçkiləri zamanı Maya Sandu 656 min 852 səs toplayıb, bu da seçicilərin 42,49 faizidir. Aleksanda Stoyanoqlo isə 25,95 faiz – 401 min 215 səs toplayıb.
Seçkilərin birinci turunda 11 namizəd prezidentlik uğrunda mübarizə aparıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya