Samir Şərifov: 2025-ci ildə Azərbaycanda dini fəaliyyətə 9 milyon manat vəsait ayrılır

2025-ci ildə Azərbaycanda dini fəaliyyətə 9 milyon manat vəsait ayrılır.

“Sherg.az” "Report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələlərinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsi haqqında müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, həmin vəsait Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yönəldilir.