Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlər və ekipaj üzvlərinin xatirəsi anılır.
APA xəbər verir ki, bununla əlaqədar hava limanında quraşdırılmış lövhənin önünə gül dəstələri düzülür.
Vətəndaşlar təyyarə qəzasında həlak olanları ehtiramla yad edirlər.