Xəzərdə dalğanın hündürlüyü 2.5 metrə çatıb - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 17:30-a olan məlumatına əsasən, bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib.

Xidmətdən “Qafqazinfo”-ya verilən məlumata görə, küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq, Bakıda və Abşeron yarımadasında 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dir.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 16, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.