İndoneziya BRİKS-in tamhüquqlu üzvü olub

İndoneziya BRİKS-ə qurumun tamhüquqlu üzvü kimi qoşulub.

APA xəbər verir ki, bu barədə Braziliya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Braziliya hökuməti bu gün, yanvarın 6-da İndoneziya Respublikasının BRİKS-ə tamhüquqlu üzv kimi rəsmi daxil olduğunu elan edir”, - məlumatda deyilir.