Bu gün Azərbaycanda üçüncü Qədr (əhya) gecəsidir.
“Qafqazinfo” xəbər verir ki, üçüncü Qədr gecəsi martın 22-dən 23-nə keçən gecəyə təsadüf edir.
Sonuncu Qədr gecəsi isə martın 26-da olacaq.
Qeyd edək ki, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Xatırladaq ki, martın 30-u Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.