Şanlıurfanın Suruç rayonunda yaşayan 70 yaşlı Fatma Akyüzün xəstəxanaya müraciəti zamanı məlum olub ki, həyatı boyu şəxsiyyət vəsiqəsi olmadan yaşayıb.
Sherg.az xəbər verir ki, Akyüzün 75 yaşlı həyat yoldaşı uzun illərdir bu vəziyyəti yaşayırmış və xəstəxanaya getmək məcburiyyətində qalanda çarə tapmağa çalışıb.
Fatma Akyüz rəsmi olaraq heç vaxt mövcud olmamışdır. Akyüzün 4 övladı öz adına yazılmayıb və bütün ömrünü birlikdə keçirdiyi həyat yoldaşı onunla evli görünmür.
Akyüzün ağrılı hekayəsi xəstəxanaya getməli olanda üzə çıxıb.
Fatma Akyüz xəstə olduğu üçün qonşuları tərəfindən xəstəxanaya aparılıb. Qonşuları yaşlı qadını xəstəxanaya qeydiyyata almaq istəyən 75 yaşlı əri Faruk Akyüzlə əlaqə saxladıqda öyrəniblər ki, Fatma Akyüz həyatı boyu şəxsiyyət vəsiqəsi olmadan yaşayır.
Rəsmi olaraq subay görünən 75 yaşlı Faruk Akyüz və şəxsiyyət vəsiqəsi olmadan yaşayan həyat yoldaşı 70 yaşlı Fatma Akyüzün 4 övladının olduğu və əhalinin reyestrində başqasının adı ilə qeydiyyatda olduqları məlum olub.
Bir otaqlı evdə xəstə arvadına baxan Faruk Akyüz ölməzdən əvvəl həyat yoldaşını Vətəndaşlıq Dairəsində qeydiyyatdan keçirmək istəyir. Səlahiyyətlilərdən kömək istəyən Faruk Akyüz, "Evləndim, həyat yoldaşımın şəxsiyyət vəsiqəsi yoxdur, 70 yaşı var. Dövlətdən şəxsiyyət vəsiqəsi istəyirik. Həyat yoldaşımın şəxsiyyət vəsiqəsi olsa, dövlət xəstəxanasına apararıq. Belə pərişan olduq" deyib.
4 övladını bacısının adına rəsmiləşdirdiyini bildirən Akyüz, "75 yaşım var, həyat yoldaşımın 6 bacısı var, onlar da qeydiyyatdan keçməyiblər. Dövlət arvadımın adına şəxsiyyət vəsiqəsi çıxarsa, çox yaxşı olar. Həkimə gedə bilmirik. Arvadıma mən qulluq edirəm. Yemək bişirirəm, yemək verirəm. Mən də təkəm, nə qardaşlarım var, hamısı öldü" deyə bildirib.
Ailənin evinə gedən məhəllə Muxtarı Mehmet Saleh Alakuş, "Xxəstələndikdən sonra vətəndaşın şəxsiyyət vəsiqəsi olmadığını öyrəndik" deyir. Posprt idarəsinə getdiyini deyən məhəllə muhtarı "Posprt idarəsinin müdiri bizə dedi ki, bu vətəndaşın qardaşı və ya bacısı gəlib bizə müraciət etsin". Yəni hazırda rəsmi şəkildə belə olduğu üçün müdirin edə biləcəyi bir şey yoxdur. Biz məhkəməyə müraciət etməyi düşündük. Prosesin nə qədər davam edəcəyini bilmədiyimiz üçün hazırda bizim əlimiz-qolumuz bağlıdır" deyə. danışıb.