Ramazan ayının başa çatması münasibətilə Naxçıvan Muxtar Respublikasında bayram namazı qılınıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bayram namazı Naxçıvan şəhərindəki Heydər Məscidi kompleksində, Sarvanlar, Came və Kazım Qarabəkir Paşa məscidlərində, həmçinin muxtar respublikanın rayon və kənd məscidlərində qılınıb.
Bayram namazında dualar oxunub, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.
***
saat 09.01
Bakıda bayram namazı qılınıb.
APA xəbər verir ki, axund Hacı Faiz Nağızadənin imamətliyi ilə saat 09:00-da Təzəpir məscidində bayram namazı qılınıb.