
Laçın Beynəlxalq Hava Limanının açılışı təkcə mühüm infrastruktur layihə deyil... - ŞƏRH
13:22 28.05.2025
Gündəm
336
...Həm də regionun yenidən formalaşan geosiyasi arxitekturasında simvolik və strateji mərhələdir
Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Üç dövlət arasında dərin tarixi, dini və mənəvi köklərə əsaslanan münasibətlər son dövrlərdə intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətlə daha da möhkəmlənib.
Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkil olunması, bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir.

Politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, Laçın Beynəlxalq Hava Limanının açılışı təkcə mühüm infrastruktur layihəsi deyil, həm də regionun yenidən formalaşan geosiyasi arxitekturasında simvolik və strateji mərhələdir:
"Bu tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin iştirakı isə bu hadisənin təkcə yerli deyil, transregional əhəmiyyət daşıdığını aydın şəkildə ortaya qoyur.
Bu hadisə Cənubi Qafqazda postmünaqişə dövrünün əsas aktorlarını və yeni yaranan güc mərkəzlərini önə çıxarır. Azərbaycan regionda sülhü bərpa edən və öz ərazi bütövlüyünü təmin edən aparıcı qüvvədir. Türkiyə bu prosesi hərbi, diplomatik və siyasi baxımdan dəstəkləyən etibarlı strateji tərəfdaşdır. Pakistan isə təkcə ideoloji yaxınlıqla deyil, eyni zamanda gələcəkdə Çinlə Cənubi Qafqazı birləşdirəcək ticarət marşrutlarında mühüm rol oynaya biləcək ölkə kimi çıxış edir.
Laçın Hava Limanı, Zəngəzur dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu ilə birlikdə Azərbaycanın "geoiqtisadi körpü" strategiyasının vacib halqasını təşkil edir. Bu hava limanı bir tərəfdən Şərqi Zəngəzuru Naxçıvan və Zəngilanla birləşdirir, digər tərəfdən isə Azərbaycanın ərazi suverenliyi ilə bağlı beynəlxalq ictimaiyyətə aydın mesaj verir".
Politoloq əlavə edib ki, Ərdoğan və Şərifin açılış mərasimində iştirakı yalnız dostluq və qardaşlıq münasibətlərinin təzahürü deyil, eyni zamanda geosiyasi əhəmiyyət daşıyan bir siqnaldır:
"Cənubi Qafqaz artıq təkcə Rusiya və Qərbin maraq dairəsində deyil, eyni zamanda müsəlman dünyasının da diqqət mərkəzindədir.
Türkiyə bölgədə həm NATO üzvü, həm də müsəlman türk dövləti olaraq xüsusi mövqeyə sahibdir. Pakistan isə Çin və Orta Asiya ilə əlaqələri nəzərə alındıqda, Azərbaycanın "Cənub–Cənub" əməkdaşlığı kontekstində önəmli strateji tərəfdaşa çevrilə bilər.
Bütün bu mənzərə Azərbaycanın artıq "kiçik regional oyunçu" deyil, "geostrateji nizamlayıcı" rolunda çıxış etdiyini göstərir. Laçın Hava Limanı isə bu yeni rola xidmət edən əsas logistik platformadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya