DİM qabiliyyət imtahanına hazırlaşanlar üçün məlumat yaydı
Yusif Nəzərli
07:58 18.06.2025
Elm və Təhsil
441
“Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarının keçirilməsinə iyunun 20-dən etibarən start verilir. Abituriyentlər aşağıdakı cədvəldə verilmiş təqvimə uyğun olaraq imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, xoreoqrafiya sənəti istiqaməti üzrə 53, Təsviri sənət istiqaməti üzrə 1601, 1701, həmçinin yalnız 13 və ya 1602 komissiyalardan qeydiyyatdan keçən Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilir.
Abituriyentlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Xoreoqrafiya sənəti ixtisası üzrə imtahana gələrkən abituriyentlər rəqs paltarı və çəkisi, boyu, onurğa sütunu, ürəyi, görmə qabiliyyəti haqqında tibbi arayış gətirməlidirlər.
Musiqi faylını mobil telefona yazıb gətirən abituriyentlərin telefonları imtahan binasına buraxılmayacaq. Abituriyentlər musiqi faylını fləşkart və ya diskə yazaraq imtahan binasına gətirməlidirlər. Yaddaş qurğusuna yazılmış faylın texniki vəziyyətinə və yararlı olmasına görə abituriyent özü məsuliyyət daşıyır.
Abituriyentlər istiqamətlər üzrə imtahanlara hazırlaşmaq üçün qəbul olmaq istədiyi ixtisasa uyğun qəbul proqramı ilə öncədən tanış olmalıdır. Qəbul proqramları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında 18 iyun 2025-ci il tarixinə olan məlumat
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fevrala kimi 450 min nəfər öləcək - Qorxulu hava XƏBƏRDARLIĞI
07:00 25.09.2026
Maraqlı
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
06:26 25.09.2026
Region
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual