Abşeronda qanunsuz tikintinin qarşısı alınıb - FOTO
Yusif Nəzərli
15:00 06.12.2022
Cəmiyyət
331
Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeronda qanunsuz tikintinin qarşısını alıb.
“Report”a xəbər verir ki, rayonun Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində təsdiq edilən layihədən kənara çıxılaraq nəzərdə tutulan yaşayış obyektindən fərqli binanın tikildiyi aşkar edilib.
FHN-in Dövlət Yanğına Nəzarət Xidmətinin dövlət yanğın nəzarət işinin təşkili şöbəsinin rəisi Cəmil Xudiyev jurnalistlərə açıqlamasında bildirib ki, nəzərdə tutulan mərtəbədən daha çoxmərtəbəli bina tikilib:
“Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğına Nəzarət Xidmətinin birgə işi nəticəsində tikintinin dayandırılması ilə bağlı qərar qəbul edilib. Aparılan yoxlamalar göstərir ki, yanğına qarşı binalar arasında ara məsafəsi gözlənilməyib. Yanğın və ya hansısa fövqəladə hal baş verdiyi zaman avtomobillərinin hərəkəti nəzərə alınmadan tikinti aparılıb. Bu da gələcəkdə baş verəcək hansısa fövqəladə hadisə zamanı avtomobillərin hərəkətinə maneəyə səbəb ola bilər”.
C.Xudiyev söyləyib ki, göstərilən məsələ ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual