Ağciyər xəstəlikləri institutunda iki nəfər ölüb - RƏSMİ
Banuçiçək Kalbalıyeva
11:07 11.03.2020
Cəmiyyət
758
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda iki xanım xəstə dünyasını dəyişib.
TƏBİB-dən "Sherg.az"a verilən məlumata görə, ölənlərdən biri 1986-cı il təvəllüdlü olub. O, xəstəxanaya 10.03.2020-ci il tarixində saat 13.30-da ağır vəziyyətdə daxil olub və “Hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib və müalicə təyin edilib. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 20.30-da bioloji ölüm qeyd olunub.
Ölümün səbəbinin kəskin ağciyər-ürək çatmamazlığı, iki tərəfli pnevmoniya, ağır gedişli olduğu açıqlanıb.
İkinci xəstə 1999-cu il təvəllüdlüdür. 06.03.2020-ci il tarixində saat 15.20-da Kürdəmir RMX-nın göndərişi əsasında ağır vəziyyətdə xəstəxanaya daxil olub və “Ağciyər vərəmi. Şəkərli diabet I tip” diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilib və müalicə təyin edilib. Vəziyyəti pisləşdiyindən 10.03.2020-ci il tarixində saat 04.00-da II Reanimasiya şöbəsinə köçürülüb. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 21.05-də bioloji ölüm qeyd olunub.
Ölümün səbəbi: “Kəskin ağciyər-ürək çatmamazlığı. Ağciyərlərin infiltrativ vərəmi, dağılma və sağa səpələnmə ilə. Şəkərli diabet I tip, ağır forma”.
Bütün ölüm hadisələri haqqında ərazi üzrə rayon prokurorluğu və polis idarəsi məlumatlandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm