
Ailədən sevgi görməyənlər
Yusif Nəzərli
08:59 03.11.2021
Cəmiyyət
591
Bəzi uşaqlar dövlətin himayəsində daha xoşbəxt olurlar
Bu gün ətrafımızda o qədər əxlaqsız, laqeyd ailələrdə böyüyən uşaqlar var
Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlərin davamı olaraq, bu il 63 uşaq həmin müəssisələrdən ailələrinə qaytarılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu il həmçinin 99 uşaq (47-si oğlan, 52-si qız) isə övladlığa verilib.

Mövzu ilə bağlı "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə "Şərq"ə açıqlamasında bildirib ki, hər bir uşağın doğma ailə mühitində, sevgi ilə, qayğı ilə böyüməyə haqqı var, ələlxüsus da ehtiyacı var. Lakin bu gün dövlət müəssisələrində yüzlərlə uşaq var ki, bu haqdan, bu ehtiyacdan məhrumdur:
"Bu uşaqlar dövlətin ciddi nəzarətindədir və onlar dövlətin böyük qayğısı ilə əhatə olunurlar. Uşaq evlərində valideyn himayəsindən məhrum olan uşaqlara nə qədər diqqət, qayğı, sevgi göstərilsə də, onlar valideyn həsrətində, ailə həsrətindədirlər. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində ciddi işlər aparır, nazirlik həmin uşaqların ailə həsrətini sonlandırmağa çalışır. Məhz bunun nəticəsidir ki, bu il 99 uşaq müxtəlif ailələrə övladlığa verilibdir. Onlardan 47-si oğlan, 52-si qızdır".
L.İsazadə əlavə edib ki, ölkəmizdə övladlığa götürmə proseduru son illər bir qədər asanlaşdırılıb:
"Əvvəlki illərdə övladlığagötürmə olduqca çətin bir proses olsa da, bu gün istənilən ailə e-infrastruktur üzərindən övladlığagötürmə ilə bağlı müraciət edə bilir. Onların müraciətinə tez bir zamanda baxılır və müraciətin statusu ilə bağlı valideyn namizədin şəxsi kabinetinə müvafiq məzmunda bildiriş göndərilir, əgər ailə göstərilən şərtlərə uyğundursa onlara övladlığagötürmə ilə bağlı müsbət cavab verilir. Qeyd edim ki, uşaqlar övladlığa veriləndən sonra da dövlətin nəzarətində olur. Dövlət ailələrdə uşaqların inkişafı üçün şəraitin yaradılmasını daim nəzarətdə saxlayır, övladlığa götürən ailədə vəziyyətin öyrənilməsi üçün davamlı olaraq monitorinqlər həyata keçirilir".
Birlik sədri diqqətə çatdırıb ki, əslində həmin ailələrdə monitorinqlərin aparılması olduqca müsbət haldır:
"Ancaq bu monitorinqlər sadəcə övladlığa götürülən ailələrdə deyil, uşaq sahibi olan bütün ailələrdə aparılması hesab edirəm ki, daha məqsədəuyğun olardı. Çünki bu gün bir çox ailələr var ki, onlar doğma övladlarına belə sahib çıxmağı bacarmırlar. Valideyn biganəliyinin, laqeydliyinin nəticəsidir ki, uşaqlar cinsi istismara məruz qalır, uşaq əməyi istismar edilir. Hər doğma ailə övladına doğru tərbiyə verməyi bacarmır. Dövlət müəssisələrində böyüyən uşaqlar daha etibarlı əllərdədir, nəinki bəzi əxlaqsız, laqeyd ailələrdə böyüyən uşaqlar. Bəzi uşaqlar dövlət müəssisəsindən hansısa ailəyə övladlığa veriləndə xoşbəxt olur, bəzi uşaqlar isə öz doğma ailələrindən alınıb uşaq evlərinə veriləndə.
Hər valideyn ana olmağı bacarmır. Uşaq dünyaya gətirməyin məsuliyyətini dərk etməyən analar olduqca çoxalıb. Uşağın gələcək taleyini düşünməyən analar, atalar var. Uşaq evlərində elə uşaqlar var ki, bir neçəsi bacı qardaşdılar. Anaları eyni, lakin hamısının ataları fərqlidir. O uşaqlar o cür ananın yanında qalıb həyatlarını puç etməkdənsə, uşaq evində daha xoşbəxt, daha güvənli böyüyürlər.
Nə yaxşı ki, sahibsiz övladlarımıza sahib çıxan dövlətimiz var. Dövlət müəssisələrində yaşayan uşaqlar xoşbəxtdirlər ona görə ki, hər biri dövlətin qayğısı ilə əhatə olunublar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya
Dünya ət qiymətləri rekord səviyyəyə yüksəlib
13:17 08.05.2026
İqtisadiyyat
Fitso Zelenskinin mesajını Putinə çatdıracaq
13:08 08.05.2026
Gündəm