Almaniyaya həkim axını:“250 manat maaşla səhiyyə inkişaf etməz”
Yusif Nəzərli
14:35 17.12.2021
Cəmiyyət
551
“Gəncliyi taleyin ümidinə buraxmaq olmaz”
“Azərbaycan gəncləri ölkəmizdə perspektiv, inkişaf, gələcək görə bilmirlər”
“Bacarıqlı vətəndaşlar öz karyeralarını xaricdə qurmağa üstünlük verirlər”
Almaniyada yaşayan azərbaycanlı jurnalist Fərahim İlqaroğlu öz "Facebook" səhifəsində paylaşım edərək peşəkar azərbaycanlı həkimlərin xarici ölkələrə üz tutduğunu qeyd edib. O, paylaşımında rüşvət və korrupsiyalaşmış bir səhiyyə sistemində çalışmaq istəməyən azərbaycanlı həkimlərin Almaniyada karyeralarına davam etdiklərini bildirib:
“Hazırda Almaniyanın məşhur xəstəxana və klinikalarında xeyli azərbaycanlı həkim və tibbi personal çalışır. Bəziləri artıq özünün klinikasını açaraq fəaliyyət göstərməyə başlayıblar. Sonda isə qazananın onlar, itirənin isə Azərbaycan olur”.
Yalnızca tibb sahəsinin peşəkarları deyil, digər sahələrin də bacarıqlı gəncləri daha perspektivli ölkələrə gedərək gələcəkləri üçün gözəl şərait yaradırlar. Xüsusilə, gənclər Qərb ölkələrindəki inkişaf etmiş texnologiyalara, gənclərə dövlətlərin dəstəyini görərək oraya köçüb professionallaşmağa meyil edirlər.
Həkimlərimizin xarici ölkələrə gedərək karyeralarına davam etmələri ilə bağlı "Sherg.az"a danışan ictimia-siyasi xadim, həkim Zəlimxan Məmmədli bildirib ki, gəncliyə dövlət dəstəyi olmazsa, ölkədən getmək istəyənlərin sayı daha da artacaq:
“Səbəb ölkəmizdəki təhsil və milli strateji inkişaf siyasətinin yarıtmazlığıdır. Bir ölkədə monopoliya, korrupsiya, qanunsuzluq varsa, bir çox sahədə problemlər yaranacaq. Gəncliyi taleyin ümidinə buraxmaq olmaz.
Azərbaycan gəncləri burada perspektiv, inkişaf, gələcək görə bilmirlər. Bacarıqlı vətəndaşlar öz karyeralarını xaricdə qurmağa üstünlük verirlər.
Azərbaycanda peşəkar həkimlərə çox ehtiyac var. Həkimlər toplumun sağlamlığına qarantlı olan peşə sahibləridir. Əgər həkimə 250-300 manat verib burada girov saxlamaq istəyirlərsə, səhiyyə inkişaf etməyəcək.
Hər kəs yaxşı həyat standartlarının olmağını istəyir. Burada perspektiv görə bilmədikləri üçün Avropanın, Türkiyənin universitetlərinə önəm verib orada karyeralarına davam edirlər.
Orada bir müddət işləyib geri qayıdan həkimlər səhiyyə mütəxəssisi kimi geri dönürlər. Azərbaycan gəncliyinə hökumət dəstək verməlidir. Gəncliyin inkişafının tək həlli budur”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya