Analar var ki, 20 ildir gözləri yoldadır
Yusif Nəzərli
21:22 05.12.2022
Cəmiyyət
375
Azərbaycan tərəfinə təhvil verilən 10 nəfərin sümükləri tibbi ekspertizaya göndərilib, kimə məxsus olduğu müəyyənləşəcək
“Ermənistan Birinci Qarabağ müharibəsində həlak olduğu güman edilən 10 nəfərin sümüklərini Azərbaycan tərəfinə təhvil verib”. Yerli KİV-lərdə verilən məlumata görə, bu xəbər Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən yayılıb. Məlumata görə, Ermənistan Azərbaycana 2 xəritə təqdim edib: “Xəritələrdə daha 4 nəfərin basdırıldığı mümkün yerlər göstərilib”. Bildirilir ki, proses dekabrın 1-i baş tutub. Qeyd olunur ki, Ermənistan 2020-ci ilin 9 noyabrından Azərbaycana 5 xəritə və I Qarabağ müharibəsində həlak olan 140 nəfərin cəsədinin qalıqlarını təhvil verib.
Yayılan məlumatla bağlı fikrini “Şərq”lə bölüşən Qarabağ qazisi, Qarabağ Qaziləri İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu qeyd edib ki, Azərbaycanın birinci Qarabağ müharibəsində itkin düşmüş, əsir, girov götürülmüş vətəndaşlarının sayı 4 minə yaxındır:
- Cəsəd qalıqları Azərbaycan tərəfinə təhvil verilmiş şəxslər böyük ehtimalla Qarabağ müharibəsində şəhid olmuş, əsir, girov götürülmüş şəxslərdir, hansı ki, ermənilər onları kütləvi məzarlıqlarda dəfn edib. Kütləvi məzarlıqlar bir-bir üzə çıxır. Bizim birinci Qarabağ müharibəsində ümumilikdə 4 min əsir və girovumuz olub. Onlardan bəzisinin şəhid olması barədə sonradan məlumat əldə edilib. Məlum məsələdir, müharibənin gedişində ağır döyüşlər olurdu. Azərbaycan Ordusu hansısa kəndi, hansısa ərazini azad edirdi, hansısa kənd uğrunda, yüksəklik uğrunda qızğın döyüşlər gedirdi. Şəhidlərimiz olurdu. Bəzilərini döyüş meydançasından çıxara bilmirdik. Döyüşdən sonra məlum olurdu ki, kimlər aramızda yoxdur. Bəzisinin meyiti tapılırdı, ya da təhvil alınırdı, amma eləsi olurdu ki, bilinmirdi, şəhiddir, yoxsa itkindir, yoxsa əsir götürülüb.
Məsələn, 1994-cü ilin aprelində Ağdamın Cəvahirli kəndi istiqamətində ağır döyüşlər oldu. Bu döyüşdə 20-yə yaxın şəhid verdik. Bilmədik, onlar harda, necə basdırıldı.
Cəvahirli kəndi də ordumuz tərəfindən azad edildikdən sonra məlum oldu ki, ağır yaralı əsgərlərimizi də ermənilər diri-diri torpağa basdırıb. Xocalı, Meşəli, Malıbəyli, Qaradağlı faciələri yaşanıb. Nə qədər vətəndaşımız itkin düşüb, öldü-qaldısı bilinmir. Fərqi yoxdur, mülki şəxs, yaxud hərbçi. Hamısı bizim vətəndaşlarımızdır.
Erməni separatçılarının nəzarəti altında qalan ərazilərimiz var, şübhə etmirəm ki, o ərazilərdə kütləvi məzarlıqlar var və onlar da mütləq üzə çıxacaq. Bir neçə gün əvvəl Sarıcalı kəndində kütləvi məzarlıq aşkarlandı. Cəsəd qalıqları tibbi ekspertizaya göndərilib, kimə məxsus olduqları müəyyənləşəcək.
Hesab edirəm ki, aşkarlanan cəsəd qalıqları DNK testi olunmalı və şəxsiyyətləri bilinməlidir. Analar var ki, 20 ildir gözləri yoldadır. Şəxsiyyətlər müəyyənləşsə, anaların gözü yoldan “yığılar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm