Assosiasiya hotellərin səfərqabağı qiyməti artırması iddiasına cavab verib
Yusif Nəzərli
09:05 07.12.2022
Cəmiyyət
263
Azərbaycanda hotellərin səfərqabağı qiymətləri artırması halları ilə üzləşənlər Dövlət Turizm Agentliyinə müraciət etməlidir.
Bunu “Report”un sualını cavablandıran “Azərbaycan Hotel Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Günay Sağlam gözlənilməz qiymət artımları ilə bağlı turizm şirkətlərinin iddialarına münasibət bildirərkən deyib.
“Əgər hotelin turizm şirkəti ilə müqaviləsi varsa və hər iki tərəf peşəkardırsa, belə halların olması mümkün deyil. Amma bəzən xoşagəlməz hallar baş verir. Böyük hotellərin şikayət mexanizmləri var və turizm agentlikləri həmin mexanizmlər əsasında Dövlət Turizm Agentliyinə müraciət edə bilərlər. Amma bizim bildiyimizə görə, böyük hotellərdə həmn hallar yoxdur. Çünki qiymətlər əvvəlcədən danışılır və müqavilələr imzalanaraq ona uyğun hərəkət edilir. Mövsümü qiymətlər də əvvəlcədən müzakirə olunur və razılıq əldə edilir.
Hazırda yerli turizm şirkətləri əsasən onlara üstünlük verilməməsindən narazıdır. Əslində biz yerli hotellərlə bunun müzakirəsini aparırıq. Bir çox hotellər yerli turizm şirkətləri üçün qiymətlərini dəyişdirib”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual