Avqustdan çoxları qazanclarını itirəcək
Yusif Nəzərli
10:41 19.07.2023
Cəmiyyət
540
Moped sürücülərindən sürücülük vəsiqəsinin tələbi düzgün qərardır
Avqustun 1-dən etibarən moped sürücülərindən sürücülük vəsiqəsinin tələb olunacağı gözlənilir. Mobed (motosiklet) sürücülərindən sürücülük vəsiqəsi tələbi hələ ötən il “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilib. O zaman da ekspertlər hesab edirdi ki, belə bir tələbin qoyulması moped sürücülərinin məsuliyyətini artıracaq. Yol hərəkəti qaydalarını pozan mopedçilər asanlıqla müəyyən ediləcək və digər nəqliyyat vasitələrinin sürücüləri kimi yol hərəkəti qaydalarına tabe olacaqlar. Lakin bu da bəllidir ki, moped sürücülərinin demək olar 99 faizi gənclərdir, aralarında tələbə olanlar da çoxdur. Moped sürücüləri tez, sürətli, onlayn çatdırma şirkətləri ilə əməkdaşlıq – kuyrerlik edir, yollarda özlərinin də, ətrafdakıların da həyatını təhlükəyə ataraq mənzil başına tez çatmağa, sifarişi təhvil verməyə və bununla da gündəlik qazanc əldə etməyə çalışırlar. Belə olan halda mopedlərin tələbə-sürücülərinin sürücülük vəsiqəsi əldə etmək üçün digərləri kimi hansısa qeyri-qanuni yollara baş vurması, ümumiyyətlə mümkünsüz görünür. Bəs necə olacaq? Vəsiqələri olmasa qazanclarını itirəcəklər.
Qeyd edək ki, moped sürücülərinin sürücülük vəsiqəsi əldə etmək üçün müvafiq imtahan vermələri tələb olunur. İmtahanlar barədə isə ümidverici açıqlama var. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən, bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib. Bildirilib ki, hazırda Baş Dövlət Yol Polisi idarəsi gün ərzində rahatlıqla 400 nəfərin imtahan prosesindən keçməsini təmin edə bilir. İmtahanın müddəti isə cəmi 15 dəqiqədir. O da qeyd edilib ki, vətəndaş cəmiyyəti üzvlərinin də sürücülük vəsiqəsi imtahanlarının keçirilməsi prosesində iştirakı təmin ediləcək.
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, moped sürücülərindən sürücülük vəsiqəsi tələbi də, bunun üçün təşkil olunacaq imtahanların sadələşdirilməsi də düzgün qərardır:
- İndi moped deyilir, əslində isə bu motosikletdir. Və ayrıca kateqoriyaya daxildir. Necə ki, yüksəktonnajlı avtomobillər, sərnişindaşıma vasitələri, yük avtomobilləri, hətta qoşqulu motosikletlər – hər biri ayrıca kateqoriyadır və bu nəqliyyat vasitələrinin idarə edilməsi üçün imtahan verib sürücülük vəsiqəsi əldə edirlər, eləcə də mopedləri idarə edənlərin sürücülük vəsiqəsi olmalıdır. Və bunun üçün də onlar imtahan verməlidirlər. Amma təbii ki, hər bir kateqoriya üzrə suallar fərqli olmalıdır. Moped sürücüsünə ictimai nəqliyyatı idarə etməyə iddialı şəxsə veriləcək sualların verilməsi düzgün olmaz. Moped sürücüləri üçün imtahan suallarının sadələşdirilməsi vacibdir. Bu, onların sürücülük vəsiqəsini qısa zamanda əldə etməsinə kömək edər. Süründürməçilik lazım deyil. Hamımız bilirik ki, hazırda dünyada onlayn və sürətli çatdırılma xidməti tendensiyası var. 24 saat, fasiləsiz bu xidmət sektoru işləyir. Bunu zaman tələb edir. İnsanlar evdə, iş yerində olduqları halda sifariş verir və sifarişlərinin tez bir zamanda çatdırılmasını tələb edirlər. Moped sürücüləri də həyatlarını riskə ataraq sifarişi mümkün qədər tez çatdırmağa çalışır. Bu, əmək bazarının inkişafına, yeni iş yerlənin yaranmasına, insanların işlə təmin edilməsinə də kömək edir. Amma əlbəttə ki, bu, kimsəyə yol hərəkəti qaydalarını pozmağa, digərlərinin həyatını təhlükəyə atmağa əsas vermir. Ona görə də “Yol hərəkəti qaydaları”na zəruri dəyişikliklər təklif olunub. Bir məsələni də deyim. Görürük ki, çox zaman moped sürücüləri yol hərəkəti qaydalarını pozur, digər nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqlara daxil olurlar. Bu ona görə baş verir ki, mopedlər üçün ayrıca, xüsusi zolaqlar yoxdur. Yaxşı olar ki, mopedlər üçün xüsusi zolaqlar ayrılsın, onlara velosiped zolaqlarından isitadə imkanı verilsin. Belədə təhlükələr minimuma enər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm