
Avtomobillərin idxal dəyəri yüksəldi: Bu amil qiymətin qalxmasına gətirib çıxarır
12:45 19.07.2024
Cəmiyyət
514
Xaricdən gətirilən avtomobillərin idxal dəyər 5 min manatadək artıb. Belə ki, bu ilin yanvar-iyun aylarında xaricdən Azərbaycana ümumilikdə 779 milyon 364 min dollar dəyərində 42 min 335 ədəd avtomobil gətirilib.
“Sherg.az” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına əsasən, 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 min 38 ədəd azalıb, dəyəri baxımından 26 milyon 60 min dollar və ya 4% artıb. Bu dövrdə 1 ədəd avtomobilin idxal qiyməti 18 min 410 dollar, ötən ilin eyni dövründə isə 15 min 573 dollar olub. İdxal qiyməti son bir il ərzində 5 min manatadək artıb.
Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov "Xəzər Xəbər"ə bildirib ki, avtomobillərin idxal dəyərinin artmasının səbəbi ili köhnə nəqliyyat vasitələrinin ölkəyə gəlişinin məhdudlaşdırılmasıdır.
Ekspert həmçinin vurğulayıb ki, idxal edilən avtomobillərin 9 minə yaxını hibriddir.
Nəqliyyat eksperti İlqar Hüseynli isə “Sherg.az”a deyib ki, xaricdən gətirilən avtomobillərin idxal dəyərinin artmasında bir çox amillər xüsusi rol oynayır:

''Bunlardan birincisi, gömrük ödənişləri zamanı 10 ildən yuxarı nəqliyyat vasitələrində tarif dəyişiklikləridir. İkincisi, bu illərə qədər köhnə avtomobillərin idxalına icazə verilirdi. Onların da dəyər qiyməti az olduğuna görə, idxalda fərq özünü göstərir. Həmçinin,ölkə ərazisinə daxil olan maşınların sayı da idxal dəyərinin artmasını şərtləndirir. Belə ki, artıq 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə gətirilən avtomobillərin sayı azalıb. Bu amil isə qiymətin qalxmasına gətirib çıxarır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya