Azərbaycan Laçın dəhlizində nəzarət postu qurmaqda israrlıdır
Azərbaycan Laçın dəhlizində nəzarət postu qurmaqda israrlıdır
Yusif Nəzərli
05:30 07.12.2022
Cəmiyyət
293
Hadisələrin inkişafı bunun reallaşmasına doğru yönəldilir
"Rusiya sülhməramlı kontingentinin rəhbəri general Volkovun “Laçın dəhlizinin girişinə mini gömrük postu quraşdırılacaq” açıqlaması Azərbaycanın dəhlizə post quraşdırması demək deyil, postu ruslar qurur, lakin Bakının tələbi ilə..". Bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, mümkündür ki, Bakı dəhlizdən qanunsuz daşımaların qarşısının alınması tələbini sülhməramlıların qarşısında qaldıranda onlar Volkovun məlum müsahibəsində dediyi kimi “texniki imkanlarımız yoxdur” bəhanəsini irəli sürürmüş: "Bundan çıxış yolu kimi Bakının tələbi və istəyi ilə rusların nəzarət edəcəyi mini gömrük postun qurulması razılığı əldə olunub. Bu razılaşmanın olması qanunsuz daşımaların qarşısının alınması demək deyil, ruslar bundan “nəticə əldə olunması” kimi istifadə edirlər. Hərçənd, dəhlizdə hələki post qura bilməyən Azərbaycanın bunu rusların əli ilə etməsi hadisələrin inkişafına təsir edə bilər. Bundan sonra rusların qanunsuz daşınmalar faktı qarşısında “texniki imkanlarımız zəifdir” bəhanəsi işləməyəcək. Digər yandan növbəti qanunsuz daşınma faktından sonra dəhlizdə Bakının öz postunu qurması zərurəti daha çox aktual olacaq. O zaman rusların bəhanə gətirmə şansı indiki qədər güclü olmayacaq. Proseslərdən belə nəticə çıxır. Azərbaycan Laçın dəhlizinə nəzarət-keçid postu qurmaq planında israrlıdır və hadisələrin inkişafı bunun reallaşmasına doğru yönəldilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət