Azərbaycanda həbsdə olan gənc güləşçi azadlığa buraxılıb
Yusif Nəzərli
16:39 05.11.2025
Cəmiyyət
238
Azərbaycanda yunan-Roma güləşçisi Fərid Zeynalabdinov azadlığa buraxılıb.
Bu barədə “Report”a onun vəkili Aqil Layic məlumat verib.
O bildirib ki, F.Zeynalabdinov bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən narkotikə görə saxlanılıb: “Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri satma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra Fərid Zeynalabdinovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək onun azadlığa buraxılması ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə müraciətimizi təmin etməyib”.
Vəkil deyib ki, birinci intsansiya məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib: “Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə müraciətimiz təmin olundu və Fərid Zeynalabdinov ev dustaqlığına buraxıldı.
Məhkəmə kollegiyası Fərid Zeynalabdinovun təhsilini və idmandakı gələcəyini nəzərə alaraq, ədalətli qərar çıxardığına görə, onun ailə üzvləri və öz adımdan hakimə təşəkkür edirəm”.
A.Layic söyləyib ki, F.Zeynalabdinov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının II kurs tələbəsidir.
Qeyd edək ki, F.Zeynalabdinov yunan-Roma güləşi üzrə Azərbaycanı 2018-ci ildə Avropa çempionatında təmsil edib. Həmçinin o, ölkə çempionatlarında bir sıra titullar qazanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya