Azərbaycanda vəzifəli şəxs xəstə ilə cinsi münasibətdə oldu - İDDİA + AÇIQLAMA
Yusif Nəzərli
08:39 07.12.2022
Cəmiyyət
472
Ağsu rayonunda qadın həkim tərəfindən cinsi istismara məruz qalıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
İddia edilib ki, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Ağsu şöbəsinin rəhbəri Zahir Hüseynov 27 yaşlı qadını qorxudaraq, öz iş yerində cinsi münasibətdə olub.
Bildirilib ki, qadın bir müddət əvvəl bir şəxsə xəsarət yetirib. Bu əsasla o, həkim-ekspert Hüseynova yaxınlaşıb, ondan xəsarətləri az yazmağını xahiş edib. Həkim “Bu xəsarətlərlə sizə cinayət işi düşür, gəlin münasibətdə olaq, xəsarəti yüngül rəylə bağlayım”, - deyərək onu qorxudub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, eyni zamanda həkim qadına işlədiyi yerdə çalışacağı vədini də verib. Sonda həkim aktlaşdırmada xəsarətlərin yüngül olduğunu qeyd edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, qadın tərəfindən Ağsu Rayon Polis Şöbəsinə də müraciət olunub:
“Qeyd olunan iddialarla bağlı şöbədə istintaq araşdırmaları aparılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət