Azərbaycanda yeni istehsal olunan dronların sınağı keçirilib
Yusif Nəzərli
16:55 17.12.2021
Cəmiyyət
819
AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Elm və Texnologiya Parkı Azərbaycan bazarında nüfuz qazanmış müasir mühəndislik şirkəti olan “Project Terra” MMC ilə əməkdaşlıq çərçivəsində istehsal etdiyi dronların yeni sınağını həyata keçirib.
"Report" xəbər verir ki, əməkdaşlığın məqsədi drona quraşdırılmış mobil skanerin (LidarUSA Revolution 120) müəssisənin dronlarında tətbiqi imkanlarını yoxlamaqdır.
Belə ki, AMEA mütəxəssisləri tərəfindən istehsal olunan dronlar ötən həftə ərzində “Project Terra” şirkəti tərəfindən elmi-tədqiqat layihəsi çərçivəsində idarə olunaraq yeni sınaqdan müvəffəqiyyətlə keçib.
“LidarUSA Revolution 120” skaneri ilə ərazi barədə (relyef, yüksəkliklər, dərələr və s.) tam məlumat əldə etmək mümkündür. Bu skaner vasitəsilə böyük ərazilərin, insan üçün əlçatmaz yerlərin məlumatları tez bir zamanda yüksək dəqiqliklə əldə edilir. Toplanmış məlumatlar lazım olan nəticələrin əldə edilməsi (xəritəçəkmə, 3D modellərin hazırlanması, müvafiq obyektlərin lokasiyası və s.) üçün istifadə oluna bilər.
“Project Terra” şirkəti tərəfindən lazer skanerlərdən istifadə edərək müvafiq tikililərin, tarixi abidələrin, küçələrin və s. obyektlərin dəqiq ölçülərinin, ən xırda detalların rəqəmsal formada əks etdirilməsi azad olunmuş ərazilərdə (Şuşa, Ağdam və s.) tətbiq edilmiş, uğurlu nəticələr əldə olunub.
AMEA Elm və Texnologiya Parkının mütəxəssisləri tərəfindən istehsal olunan dronlarda bu texnologiyaların tətbiqi isə bu kimi layihələrin daha effektiv və əlverişli olmasına şərait yaradacaq.
Qeyd edək ki, LİDAR (işıq və radar cihazı) ultrabənövşəyi şüalardan lazer şüası şəklində işıq impulslarından istifadə edərək məsafə ölçmə və görüntüləmə texnologiyasıdır. Həmçinin elektromaqnit spektrinin görünən və infraqırmızı hissələridir. Bu işıq impulsları ölçmə altında olan obyekt tərəfindən adətən geri səpilmə yolu ilə əks olunur. LiDAR sensoru əks olunan işıq impulsun geri qayıtması üçün sərf olunan vaxtı ölçür və beləliklə, obyektlə özü arasında olan məsafəni hesablaya bilir. Bununla da yaydığı həmin impuls nöqtələri əsasında obyektin üçölçülü görüntüsü hazırlanır.
Bu texnologiya vasitəsilə skan olunmuş obyektlərin Point Cloud və onlardan 3D modellərinin (digital twin) hazırlanması, istənilən ərazinin avtomobil və ya dron üzərində quraşdırılmış LİDAR 3D lazer sensor skaner vasitəsilə mobil şəkildə skan olunması, relyef və yerüstü obyektlər haqqında 3D məlumatların toplanması, dron vasitəsilə ərazinin 3D xəritəsinin çəkilməsi, eləcə də binaların, tarixi abidələrin, zavod və fabriklərin, yolların, ərazilərin və s. yerdən və havadan 3D lazer skaner cihazlar vasitəsilə skan olunaraq məlumatların toplanması mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol