
“Azərişıq”ın əməkdaşları döyülürlər! – “Bu, hökumət üçün siqnal olmalıdır”
Yusif Nəzərli
13:56 14.12.2021
Cəmiyyət
993
“İnsanlar bu kimi sosial problemlər altında əzilirlər”
“Nəticə etibarilə də müəyyən sosial gərginliklər, xoşagəlməz hadisələr yaşanır”
“Həm elektrik enerjisi, həm də təbii qazla bağlı mənasız limitlər ləğv edilməlidir”
Azərişığın əməkdaşı bıçaqlanıb. 13 dekabr saat 18 radələrində “Azərişıq” ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinin Enerji satış sahəsinin nəzarətçi mühəndisi Vaqif Bədəlova bıçaqla xəsarətlər yetirilib. Bu barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata əsasən, aparılmış araşdırmalarla müəyyən edilib ki, Vaqif Bədəlov Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 36 ünvanında abonentin enerji xəttinə baxış keçirib. Xidməti vəzifələrini yerinə yetirən zaman həmin ünvanda yaşayan Mübariz Mahmudov hakimiyyət nümayəndəsi Vaqif Bədəlovun kürək nahiyəsinə bıçaqla xəsarət yetirib. Zor tətbiq etməklə müqavimət göstərib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.
Mübariz Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda istintaq davam edir.
Son zamanlar Azərişığın əməkdaşlarına qarşı göstərilən müqavmətlərlə bağlı informasiyalar alırıq. Mütəmadi olaraq mətbuatda əməkdaşların hücuma məruz qalmaları, döyülmələri, avtomobilinin yandırılması ilə bağlı xəbərlər tirajlanır. Məsələn, 5 gün öncə daha bir elektrik şəbəkəsinin işçisi sayğaca baxmaq istəyərkən hücuma məruz qalıb. Elə həmin gün bir başqa əməkdaşının maşınına benzin tökülərək yandırılıb. Sanki insanlarda onlara qarşı aqressiya var. Şiddət, zor tətbiq etməklə nəticə əldə etməyə çalışırlar.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu “Sherg.az”a bildirib ki, faktla bağlı cinayət işi açılıb:
“Daxili İşlər Nazirliyi (DİN) açıqlamalar verib. İndiki məqamda məlumat verməyimiz düzgün deyil. Tapşırıq belədir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) bununla bağlı informasiya verməlidir”.
Həmçinin iqtisadçı Natiq Cəfərli bildirib ki, kommunal xidmətlərin ödənişləri ilə bağlı problemlər artdıqca insanlarda tədirgənlik, aqressiya baş qaldırır:
“Əslində nə “Azərişıq”, nə “Azəriqaz”, nə də “Azərsu”yun əməkdaşlarının günahı var. Onlar işini yerinə yetirməyə çalışır. Tapşırıqları icra edirlər. Ona görə də qəzəbin aşağı səviyyəli kommunal xidmət işçilərinə yönəlməsi təəssüf doğurur. Amma vətəndaşları da anlamaq lazımdır. Kommunal xidmətlərin bahalaşması, qiymətlərin sürətlə artımı həyatı kifayət qədər bahalı hala gətirir. Həmçinin kommunal xərclərdə də ödənişlərin yüksəlməsi ailə büdcəsinə təsir göstərir. İnsanlar bu kimi sosial problemlər altında əzilirlər. Nəticə etibarilə də müəyyən sosial gərginliklər, xoşagəlməz hadisələr yaşanır. Bu, hökumət üçün də bir siqnal olmalıdır. Kommunal xidmətlərlə bağlı, bəlkə də, qərarların yenidən baxılmasına, vətəndaşların rifahının təmin edəcək qərarlar verilməli, həm elektrik enerjisi, həm də təbii qazda mənasız limitlər ləğv edilməlidir. Bu kimi analoji hadisələr hökumət üçün də bir mesaj olmalıdır ki, müəyyən pozitiv addımlar atılsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat