Bakı hava limanında yanğın-xilasetmə təlimləri keçirilir
Bakı hava limanında yanğın-xilasetmə təlimləri keçirilir
Yusif Nəzərli
11:46 12.07.2023
Cəmiyyət
324
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin yanğın bölmələri və xilasetmə dəstələri Heydər Əliyev Beynəlxalq Aeroportunun müxtəlif obyektlərində, o cümlədən uçuş-enmə zolağında, aerovağzal kompleksində, yanacaq-sürtkü materialları anbarında, aeronaviqasiya qurğularında və təyyarə anqarında şərti yanğınsöndürmə və xilasetmə işləri aparır.
Bu barədə "Sherg.az"a AZAL-dan bildirilib.
Məlumata görə, təlimlərin məqsədi artan mürəkkəblik şəraitində yanğının söndürülməsi və sərnişinlərin xilas edilməsi üçün yanğın bölmələrinin və xilasetmə qruplarının hazırlıq səviyyəsini, yanğın su təchizatı mənbələrinin istismara yararlılığını yoxlamaqdır.
Yanğınsöndürmə briqadaları və xilasedicilər vəziyyəti səriştəli şəkildə qiymətləndirməli, yanğının miqyasını minimuma endirməklə simulyasiya edilmiş fövqəladə halın ağırlaşmasının qarşısını almalı, sonradan təxliyə və ilkin tibbi yardım göstərməklə zərərçəkənlərin axtarışını vaxtında təşkil etməlidir.
Kompleks təhlükəsizlik tədbirləri çərçivəsində bu cür təlimlər mütəmadi olaraq keçirilir və hava limanının əməkdaşlarının fövqəladə hallara hazırlanmasının mühüm tərkib hissəsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: Rusiya və Çin İrana dəstək verir
22:13 05.03.2026
Dünya
Ərdoğan: İranın raket insidenti ilə bağlı lazımi xəbərdarlıq etdik
22:00 05.03.2026
Gündəm
Paşinyan TŞ-nin iclasını keçirdi
21:52 05.03.2026
Cənubi Qafqaz
Tramp: Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır
21:41 05.03.2026
Dünya
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
21:25 05.03.2026
Rəsmi
Xameneinin oğlu lider seçilir - Trampdan inanılmaz reaksiya
20:50 05.03.2026
Dünya
Albaniyanın Baş naziri Naxçıvana hücumu pisləyib
20:42 05.03.2026
Siyasət
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə