Bakıətrafı qəsəbələrə yeni avtobuslar xəttə buraxılacaq - RƏSMİ
Yusif Nəzərli
07:30 30.10.2021
Cəmiyyət
735
“Bakıya gətirilmiş doqquz metrlik avtobuslar xəttə buraxılacaq”.
Bunu Oxu.Az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.
O bildirib ki, bu gün Bakıda doqquz metrlik avtobuslar var:
“Həmin avtobuslar 2019-cu il üçün alınması nəzərdə tutulan 135 ədəd avtobusdan bir qismidir. 135 avtobusun hamısı Bakıya gətirilib. Doqquz metrlik avtobuslardan bəzilərinin bir neçə qəsəbədə testi də keçirilib.
Bir neçə texniki məsələlər həll edildikdən sonra, Bakıda olan doqquz metrlik avtobuslar xəttə buraxılacaq.
Bakıətrafı kənd və qəsəbələr istiqamətində intensiv iş aparılır ki, həmin avtobuslar qısa zamanda sərnişinlərin ixtiyarına verilsin”.
O qeyd edib ki, doqquz metrlik avtobusların gətirilməsi Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımalarının vəziyyətini yaxşılaşdırılmasına çox böyük dəstək olacaq:
“Doqquz metrlik avtobusların alınmasında ən başlıca məqsəd Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişin daşımaları yaxşılaşdırmaqdır. Həmin avtobusların - Binəqədi, Maştağa, Ramana, Zabrat kimi ətraf kənd və qəsəbələrin daxilində olan yollarda manevr etmək imkanı daha genişdir. 12 metrlik avtobusları isə biz bir neçə dəfə test etmişik.
Həmin avtobusların Bakıətrafı kənd və qəsəbələrin bir çoxunda hərəkət etmək imkanları məhduddur. Amma doqquz metrlik avtobusların çox rahat şəkildə manevr etmək imkanı var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Türkiyə hərbçiləri birgə taktiki-xüsusi təlim keçirib
19:12 08.05.2026
Hərbi
Dubay aeroportunda qatı tüstü müşahidə olunur
19:05 08.05.2026
Son dəqiqə
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya