
Bəzi dərmanlar sığorta hesabına qarşılanacaq - DƏYƏRLƏNDİRMƏ
07:13 15.12.2023
Cəmiyyət
573
İşin təşkilində müəyyən qüsurlar mövcuddur İcbari tibbi sığorta nə qədər çox sahəni əhatə etsə, cəmiyyətimiz bir o qədər fayda görmüş olar
“Mərhələli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrini sığorta hesabına qarşılamağı nəzərdə tuturuq”.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinin təkmilləşdirilməsi üzərində işlənilir. Həmin layihəyə aidiyyəti qurumlara göndərilib: "İlkil ürək-damar sistemi xəstəlikləri, 2-ci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil etməyi hədəfləmişik. Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması nəzərdə tutulub.
Həmçinin dərman vasitələrinin pozitiv siyahısı hazırlanacaq. Pozitiv siyahı ambulator şəraitdə sığorta ilə qarşılanan dərman vasitələrinin məcmusudur.
Əlbəttə ki, bütün bu qeyd etdiklərim layihə şəklində hazırlanır, rəy və təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim ediləcək".
Professor Adil Qeybulla isə “Sherg.az"a açıqlamasında bu qərarın təqdirəlayiq olduğunu deyib. Onun sözlərinə görə, təcili və təxirəsalınmaz tibbi yardım, eləcə də, xəstəxanada yatış zamanı istifadə edilən dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta tərəfindən qarşılanır. Həmçinin ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf də icbari tibbi sığorta ilə qarşılanır.

Lakin ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxil deyil. Reseptlə təyin olunan dərman vasitələrinin güzəştli şəkildə əldə olunması istiqamətində layihələrin işlənilməsi arzuolunan haldır. Ümid edirəm ki, yaxın gələcəkdə bu layihə istiqamətində real addımlar da atılacaq. Onu da deyim ki, biz dərman idxalından asılı ölkəyik. Buna görə bəzi dərman preparatlarının qiymətləri çox bahadır. Bu məsələdə çıxış yolu yavaş-yavaş dərman vasitələrinin ölkəmizdə istehsalına başlamaqdır. Hesab edirəm ki, başladılan bu proses mütləq şəkildə davam etdirilməlidir".
A.Qeybullanın fikrincə, icbari tibbi sığorta sosial müdafiənin mühüm elementlərindən biridir. İcbari tibbi sığorta sağlamlıqla bağlı nə qədər çox sahəni əhatə etsə, cəmiyyətimiz bir o qədər fayda görmüş olar: “Hazırda ölkəmizdə icbari tibbi sığortanın fəaliyyət istiqamətləri genişləndirilir. Təbii ki, bunlar müsbət tendensiyalardır. Amma bu sahədə işin təşkilində müəyyən qüsurlar mövcuddur. Düşünürəm ki, həmin qüsurlar da tədricən aradan qaldırılacaq”.
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi