Bitişik və ölən əkizinin xəyalını gerçəkləşdirdi
20:08 13.01.2022
Cəmiyyət
753
Həyatda qalan bacı indi 1 milyon təqibçi ilə Tik-Tok fenomenidir
Statistikaya əsasən siam əkizləri 40 min doğumda-bir dünyaya gəlir. Və 200 min siam əkizindən yalnız 1-i həyatda qalır. Tibdə müxtəlif orqanları bir-birinə bitişik halda dünyaya gələn körpələrə siam əkizləri deyilir və onların həyatda qalması möcüzə sayılır. Adətən siam əkizlərini bir-birindən ayırmaq üçün xüsusi cərrahi əməliyyatlar gerçəkləşdirlir. Bir müddət yaşayan əkizlər, müəyyən zaman keçdikdən sonra vəfat edirlər. Bəzən hər ikisi, bəzən də əkizlərdən biri. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, ağır həyat şərtləri altında yaşayan siam əkizlərindən biri 22 il əvvəl dünyaya gəlmiş Qabriele və Mikela adlı qızlardır.
Doğulduqdan 8 ay sonra əməliyyat olunaraq bir-birilərindən ayrılıblar. 13 yaşınadək hər şey normal olub. Bacılar həyatlarına davam edib, bir-birilərini çox seviblər. 2011-ci ildə Mikele xəstələnib. Buna səbəb qızın mədəsinin infeksiyaya yoluxması olub. Həkimlər nə qədər cəhd etsə də, Mikele sağalmayıb və qısa müddət sonra vəfat edib. Əkiz tayının ölümü Qabrielə ağır təsir edib. Gənc qız özünü sanki bacısından yenicə ayrılmış, bir hissəsi yoxmuş kimi hiss etməyə başlayıb. 22 yaşlı Qabriele tək qalıb. Uzun müddət bu itkiylə barışa bilməyib. Qabriele daxilindəki kədəri, üzüntünü bu günlərdə Tik-Tok üzərindən paylaşıb. Dəstək olanların sayı artdıqca gənc qız daha da ürəklənib. Və həyatı, bacısı haqqında daha bir neçə video hazırlayaraq sosial şəbəkədə yayıb. Qabrielenin izləyici sayı hazırda 1 milyonu ötür. Siam əkizi qız Tik-Tok “ulduzu”na dönüb.
Qabriele deyir ki, videoları yaymaqda məqsədi ağır həyatını anlatmaq, bacısının xatirəsini yaşatmaqdır: “Mikelenin ən böyük arzusu məşhur olmaq idi. Mən onun arzusunu gerçəkləşdirirəm”.
Qabriele insanlardan bu qədər böyük dəstək görəcəyinin gözlənilməz olduğunu da deyib: “Gözləməzdim ki, insanlar bu qədər maraq göstərəcək, mənə dəstək olacaqlar. Çox xoşbəxtəm”. Qabriele bir ayağını itirib, protez geyinir. Buna rəğmən özünü xoşbəxt sayır, qarşıda onu gözəl günlər gözlədiyinə inanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat